Toplantıda ölkəmizin səfiri öz çıxışında Həkim Nizami Gəncəvinin anım mərasimini İran mədəniyyəti və ədəbiyyatının uca tutulması hesab edərək, bu addımı yüksək qiymətləndirdi. O, vurğuladı ki, İranın elm, ədəbiyyat və mədəniyyətinin iftixarlı şəxsləri təkcə İrana aid deyil, əslində bütün bəşəriyyətə mənsubdurlar, çünki onların dili, əsərləri, düşüncə sistemi sevgi, sədaqət, dürüstlük, ağıl və insanlıq üzərindədir, kin və şiddətdən uzaq olmaqdır.
Sübhani bunu da qeyd etdi ki, Sovet İttifaqının millət və kimlik quruculuğu üçün apardığı siyasi kampaniyanın və onun yazıçıları və şərqşünaslarının özünəməxsus məktəblər yaratmaq, Nizamini qeyri-iranlı şair kimi tanıtmaq və onun əsərlərini təhrif etmək cəhdlərinin əksinə olaraq, Həkim Nizami bütün şeirlərini fars dilində yazan İranlı və müsəlman şair olmuşdur.
İran və İslam Nizami poeziyasında bir-biri ilə əlaqəli iki məfhumdur ki, bunlardan birini götürsən, Nizaminin poeziyası çökər.
Elmi toplantının davamında Sloveniya Universitetinin Şərqşünaslıq fakültəsinin rektoru Asaturyan çıxışında Həkim Nizaminin şeirlərinə istinad edərək dedi ki, bu şairin kökü tamamilə iranlıdır və onun türk dilli olması ilə bağlı deyilənlər tamamilə əsassızdır.
Bu görüşdə Nizami Gəncəvinin əsərləri ilə bağlı İrəvanın Matenadaran Muzeyinin bəzi təsviri tarixi sənədləri də nümayiş etdirilib. Onlardan bəzilərinin tarixi neçə əsrlər əvvələ aid idi, İskəndərnamə, Xosrov və Şirin, Leyli və Məcnun şeirlərinin vərəqlərini miniatür şəkillərlə əhatə edirdi.
Sizin rəyiniz